Ukraynada insident: 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Anti-terror əməliyyatı keçirildiyi ərazidə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb…

Anti-terror əməliyyatı keçirildiyi ərazidə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Son məlumatlara əsasən, mayın 5-də Ukraynanın Slavyansk şəhəri ətrafında döyüşlərdə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə RBC saytına Slavyansk özünümüdafiə qüvvələrinin qərargahından bildiriblər.

Bundan əvvəl Semyonovka kəndi yaxınlığında federallaşma tərəfdarları və Ukrayna hərbçiləri arasında baş verən toqquşma barədə məlumat yayılıb.

Anti-terror əməliyyatı keçirildiyi ərazidə dəmiryolu nəqliyyatının fəaliyyəti və avtobusların hərəkəti tamamilə dayandırılıb.

www.oxu.az