Ukraynada Luqansk Xalq Respublikası elan olundu

Federallaşma tərəfdarları referendumun keçirilməsini tələb edirlər…

Federallaşma tərəfdarları referendumun keçirilməsini tələb edirlər.

Mitinqdə müstəqil dövlətin Luqansk Xalq Respublikasının yaradıldığını elan ediblər.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 11 may tarixində keçiriləcək referendumda qoyulacaq sual da elan edilib: “Luqansk Xalq Respublikasının dövlət müstəqilliyi aktını dəstəkləyirsinizmi?”.

Bazar günü baş tutan mitinqdə bir neçə yüz adam iştirak edib, bunu “Svoboda” radiostansiyası xəbər verib. Aksiya iştirakçılarından birinin sözlərinə görə Luqansk respublikasının yaradılması qərarı Luqansk vilayətinin ərazi nümayəndələrinin qurultayı, siyasi partiyalar və ictimai təşkilatları tərəfindən qəbul edilib.

Mitinqdə həmçinin Kiyev tərəfindən Luqanska aqressiya tətbiq edilərsə, Luqansk Rusiyadan sülhməramlı qüvvələrinin yeridilməsini xahiş edəcək. SeqodnyaUA nəşri qeyd edir ki, bir həftə bundan öncə Luqansk vilayətinin “xalq qubernatoru” seçilən Valeri Bolotov mitinqdə iştirak etməyib.

Bir qədər sonra Ukrayna cənubi-şərqinin qərargah nümayəndəsi bəyanatla çıxış edərək bildirib, respublikanın yaradılmasına toplaşanların az bir hissəsi tərəfdar çıxıb. O, mitinq iştirakçılarını tələsik və birmənalı olmayan qərarlar qəbul etməməyə çağırıb.

Federallaşmanın tərəfdarlarının tələblərinə referendumdan başqa rus dilinin dövlət dili elan edilməsi və bütün siyasi məhbusların əhv edilməsi də daxildir.

Tələblərin yerinə yetirilməsi üçün son tarix 29 aprel elan edilib.

www.oxu.az