Ukraynada müharibə başladı

Şəhərdə həyəcan siqnalı verilib, kilsədə zənglər çalınır…

Şəhərdə həyəcan siqnalı verilib, kilsədə zənglər çalınır.

Bu gün səhər 04.30-da Slvyanskda irimiqyaslı antiterror əməliyyatları başlayıb.

Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, avtomat atəşinin səsi bir neçə tərəfdən eşidilir.

Şəhərdə həyəcan siqnalı verilib, kilsədə zənglər çalınır. Blokpostlardan tüstü qalxır.

Qeyri-rəsmi məlumata görə, Ukrayna hərbçiləri boyeviklərdən Karaçun şəhərinin teleqülləsini alıblar. Bir helikopterin vurulması barədə xəbər var. Yaralı və zərərçəkənlər barəsində xəbər yoxdu. 

 

/Oxu.az/