Ukraynanın şərqində antiterror əməliyyatı dayandırılıb

Kiyev Rusiya qoşunlarının ölkəyə daxil olmasından çəkinir…

Kiyev Rusiya qoşunlarının ölkəyə daxil olmasından çəkinir.

Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı dayandırılıb. Buna səbəb sərhəd yaxınlığında Rusiya hərbi birləşmələrinin cəmlənməsidir.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Ukrainskaya pravda” nəşrinin güc strukturlarındakı mənbələrə istinadən yaydığı xəbərdə deyilir.

Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, Rusiya ordusunun Ukrayna ərazisinə daxil olacağı ehtimalı xeyli artıb.

Ukrayna güc strukturlarındakı mənbə həmçinin separatçıların panikada olduğunu bildirib. 

www.oxu.az