Uorlik Azərbaycan və Ermənistan icmaları ilə görüşəcək

“Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”…

“Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcək.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, amerikalı həmsədr Uorlik bu barədə öz Twitter səhifəsində qeyd edib.

Həmsədr icmalarla görüşmək üçün səbirsizləndiyini bildirib:

“May ayında Los-Ancelesdə Hyustonda Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyəti ilə görüşəcəyik. Görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.

 

/Oxu.az/