“Tərəflər gərginliyi azaltmalıdır”…
“Tərəflər gərginliyi azaltmalıdır”.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Dağlıq Qarabağda cəbhə xətti üzərində pilotsuz təyyarələrin istifadəsi təxribatdır.
Oxu.Az xəbər verir ki, bu barədə Uorlik Tvitter hesabında yazıb.
“Məlumatlara əsasən “dronlar”ın (pilotsuz təyyarələr) Dağlıq Qarabağda qoşunların təmas xətti üzərində və ətrafında istifadəsi təxribatdır. Tərəflər gərginliyi azaltmalıdır,” – diplomat yazıb.
/Oxu.az/