Vasif Talıbov yeni bayram təsis etdi

Naxçıvan Ali Məclisinin sədri müvafiq fərman imzalayıb…

Naxçıvan Ali Məclisinin sədri müvafiq fərman imzalayıb.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada Dövlət Bayrağı gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. 

Oxu.Az azadliq.org-a istinadən xəbər verir ki, fərmana görə, hər il noyabrın 17-si Naxçıvanda Dövlət Bayrağı günü kimi qeyd olunacaq.

Fərmanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer aldığı vurğulanır: “Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulub. X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranıb, XVIII – XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərib. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilib”.

Fərmanda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda – 1990-cı il noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Həmin günün dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq bu fərmanın verildiyi qeyd olunur.

Noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının açılışı olub. Bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yaradılıb.

www.oxu.az