Dağlıq Qarabağ probleminin həll edilməsi üçün cəlb olunan vasitəçilər əslində müharibənin qarşısını almaqla məşğul olurlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, bu məsələdə müharibə profilaktikası yaratmaq əslində ermənipərəstlik deməkdir.
“Münaqişənin tənzimlənməsində geosiyasi güc artıb. Dağlıq Qarabağ probleminin dinc yolla həll olunmasına təhlükə yaradan məhz vasitəçilərdir “, – o qeyd edib.
Politoloq hesab edir ki, vasitəçilər bir-birilə də anlaşa bilmirlər və münaqişənin tənzimlənməsində özlərinin geosiyasi maraqlarından çıxış edirlər. “Münaqişənin həll olunmasını ABŞ və Rusiya hər biri özlərinə sərf edən zamana saxlayıb “, – o qeyd edib… Trend.