VTB: “Bu sanksiya müharibə kimi başa düşüləcək”

Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWIFT-dən uzaqlaşdırılması müharibə kimi başa düşüləcək…

Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWIFT-dən uzaqlaşdırılması müharibə kimi başa düşüləcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin çıxış edib.

O, SWIFT sisteminin söndürüləcəyi gün ABŞ səfirinin Rusiyanı tərk etməli olacağını bildirib.

Qeyd edək ki, SWIFT ümumdünya banklararası telekomunikasiyadır. Gün ərzində bu sistemdən təxminə 6 trilyon dollar keçir. Burada təxminən 210 ölkənin 10 min maliyyə təşkilatı iştirak edir. 

 

/Axar.az/