Vüqar Əliyev: Azərbaycan KİV-in işində müsbət irəliləyişlər müşahidə edilir

“Onlar əsl peşəkarlıq nümayiş etdiriblər”…

“Onlar əsl peşəkarlıq nümayiş etdiriblər”.

Azərbaycan KİV-i öz vəzifələrinə, xüsusilə də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki proseslərə daha peşəkarcasına yanaşmalıdırlar.

Oxu.Az Novosti-Azerbaydjana-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev informasiya təhlükəsizliyinə həsr edilmiş dəyirmi masada söyləyib.  

Cümə axşamı Azərbaycan Prezident Administrasiyasının Mətbuat Şurası və AR Müdafiə Nazirliyinin birgə təşkil etdiyi “İnformasiya təhlükəsizliyinin təminatında medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Vüqar Əliyev qeyd edib ki, iyul-avqust aylarında erməni və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr və göstərilən dövrdə bu prosesləri işıqlandıran yerli KİV-in qeyri-peşəkarlığı bir daha informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırıb.

“Bu hadisələrdən sonra ölkə rəhbərliyi, əsasən də Prezident Administrasiyası tərəfindən informasiya təhlükəsizliyinin təminatı üçün müvafiq addımlar atılıb, Azərbaycanın KİV orqanları ilə müvafiq iş aparılıb.  

2014-cü ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri” haqqında sərəncam imzalayıb, – Əliyev qeyd edib.

Əliyev əlavə edib ki, ötən zaman ərzində bu məsələdə müsbət irəliləyişlər, o cümlədən jurnalistlərin Ermənistan SQ-nin işğal edilmiş Azərbaycan ərazisində qanunsuz hərbi təlimlərin keçirilməsi və Azərbaycan mövqelərini atəşə tutmaq istəyən erməni hərbi helikopterinin Azərbaycan SQ tərəfindən vurulması haqqında məlumatların yayılmasında peşəkarlıq müşahidə edilib.   

“Azərbaycan KİV bu dəfə cəbhə xəttində baş verən gərginliyi işıqlandırarkən vurğunu düzgün təyin edərək, əsl peşəkarlıq nümayiş etdirdilər”, – PA nümayəndəsi vurğulayıb.

O, həmçinin dövlət sirri tərkibli və ölkənin milli maraqlarının qorunmasına dair informasiyanın işıqlandırılmasına ciddi yanaşmanın vacibliyini qeyd edib.

“Bu gün Azərbaycanda xaricdən alınmış qrantlara işləyən beşinci sütunun da mövcud olmasını qeyd etmək lazımdır”, – Əliyev qeyd edib.

www.oxu.az