“Bəli, “şüvən qaldırmağı” bacarırlar, bu, onlarda yaxşı alınır”…
“Bəli, “şüvən qaldırmağı” bacarırlar, bu, onlarda yaxşı alınır”.
Oxu.Az-ın suallarını AzərTAc-ın siyasi şərhçisi Vüqar Seyidovcavablandırır.
– Ermənistanın Müdafiə naziri Azərbaycanı erməni hərbi helikopterinin Azərbaycan mövqeləri üzərində vurulmasına sərt cavab verəcəyi ilə hədələyib. Bundan sonra ermənilərdən hansı təxribatı gözləmək olar?
– Ermənistan HHQ-yə aid olan helikopterin Azərbaycan məkanında məhv edilməsi erməni cəmiyyətində ümumi psixoloji vəziyyətə neqativ təsir edib. Bu, erməni KİV monitorinq edərkən nəzərə çarpır. İlk reaksiya, sonradan isə depressiv əhval-ruhiyyə ilə əvəz edilən isterika və revanş tələbi oldu. Vəziyyəti bərabərləşdirmək üçün uğurlu bir çıxış edəcək. Heç tərəddüd etmirəm ki, Ermənistan Müdafiə Nazirliyi (ola bilər ki, rusiyalı məsləhətçilər ilə) hansısa əməliyyatı hazırlayırlar. Ona görə də Azərbaycan ordusu sayıqlığı itirməməlidir.
– Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində bəyan edib ki, Ermənistan tərəfindən həyata keçirilən istənilən demarş ona baha başa gələcək. Sizcə erməni tərəfinin mümkün təxribatına son silahlarla təchiz edilmiş Azərbaycan ordusu nə tədbir görə bilər?
– Hər şey ermənilərin nə etmək istədiklərindən asılı olacaq. Əgər onlar oyunun qaydalarını dəyişmək və ümumi üzlülük şkalasında mövcud həddi aşmağa çalışsalar, bizim də öz tərəfimizdən adekvat cavab verməkdən başqa çıxış yolumuz qalmayacaq. Sıradan çıxarılması dəhşətli nəticələrə gətirib çıxaracaq, strateji obyektlər yalnız Azərbaycanda deyil, hər iki tərəfdə mövcuddur.
– Erməni tərəfinin məhv edilmiş Mi-24 hərbi helikopteri Ermənistana deyil, “Dağlıq Qarabağ Respublikası”na məxsusdur, baxmayaraq ki, Azərbaycan tərəfi bunun əksini sübut edən bir çox dəlil təqdim edib. Başqa şey narahat edir – bir çox xarici KİV baş verənlərin erməni versiyasını yayır. Belə yanlış çıxarışların daha yüksək səviyyədə – aparıcı dövlət və təşkilatların səviyyəsində ediləcəyi təhlükəsi mövcuddurmu?
– Bununla əlaqədar mən KİV-də açıqlama ilə çıxış etmişəm: http://1news.az/politics/karabakh/20141116043359308.html. Ermənilərlə bu mövzularda müzakirələrə girmək olmaz. Helikopter Neptun planetinin HHQ-sinə məxsus olsaydı belə, uçuşlar üçün qapalı əraziyə daxil olduğu üçün məhv olmağa məhkum idi. Xarici liderlərə və onların mümkün dəyərləndirmələrinə gəldikdə isə bizim XİN tərəfindən cavab qısa olmalıdır: “Vurmuşuq, düz etmişik! Məsuliyyət qaydanı pozanların üzərindədir”.
– Deputat Elman Məmmədov məhv edilmiş helikopterin ekipajının cəsədlərini separatçıların mühakimə etdikləri iki azərbaycanlı əsirə dəyişməyi təklif edib. Bu təklif haqqında nə düşünürsüz?
– Birincisi, onlar əsir deyil, girovdurlar. Əsir hərbçilər olur. Ermənilər tərəfindən girov götürülmüş Azərbaycan sakinləri isə mülki şəxslərdir. Yeri gəlmişkən, bu hadisə məhz ermənilərin ümumi şkalada mövcud həddi aşmalarına və bizi adekvat cavab verməyə məcbur etdikləri haldır. Biz də gələn dəfə vaxtaşırı bizim tərəfə keçən Ermənistan sakinlərini qaytarmaqdan imtina edib bunun əvəzində onlar üçün istənilən ittiham üzrə məhkəmə qura bilərik. Məsələn, Xocalı soyqırımında iştirak və ya 9 yaşlı Fariz Bədəlovun qətli. Şahidlər də, dəlillər də, vəkillər də tapılar – yəni bu dəqiqə ermənilər tərəfindən kəlbəcərlilərin ittihamında işə salınan bütün arsenalı biz də yığa bilərik.
Ermənilər qaydaları dəyişəndə başlarını işlətmirlər! Axı, bununla özlərini məhkum edirlər, bizim əlimizə düşən və düşəcək vətəndaşlarını düşünmürlər. Yəqin onlar hər dəfə bizim adekvat cavabımızdan sonra dostlarının yardımı ilə KİV-də qaldıracaqları “şüvənə” ümid edirlər. Bəli, “şüvən qaldırmağı” bacarırlar, bu, onlarda yaxşı alınır.
Bizdə isə onların “şüvənlərini” qulaq ardına vurmaq və öz işimizi görmək yaxşı alınır.
Cəsədləri girovlarla dəyişmək təklifi ilk baxışda yaxşı ideyadır. Amma hər şey o qədər asan deyil. Bu, açıq mətbuat üçün deyil.
Serj Sarkisyanın 2010-cu ilin oktyabr ayının 27-də Həştərxanda baş tutmuş Əliyev-Sarkisyan-Medvedev – üçtərəfli görüş formatında tamlığı ilə sərgilənən şəxsiyyətini və mənəvi-etik dəyərlərini nəzərə almaq lazımdır. Həmin görüşdə Mübariz İbrahimov ilə Manvel Saribekyanın cəsədlərini “tərəzidə çəkərək” Sarkisyan öz ehtiramsızlığı ilə hətta Rusiya prezidentini belə mat qoydu. Prezident İlham Əliyev o zaman “hamını tərəziyə” düsturunu təklif etdikdə, Serjik bazar alverçisi təfəkkürü ilə “Deməli, biz sizə zabit verəcəyik, siz isə bizə hansısa çobanı?”, deyib. Etibarlı mənbələrdən alınan məlumata görə bu zaman Medvedev və Əliyev bir-birilərinə baxaraq çiyinlərini çəkiblər, heç nə deməsələr də onların susmaları: “Bizimlə bir masada oturan kimdir?” anlamına gəlib.
Düzdür, sammitdən bir həftə sonra cəsədlər dəyişdirildi, amma bu hadisə Ermənistan prezidentinin çilingər səviyyəsindən yuxarı qalxmayan şəxsiyyətini çox gözəl tərənnüm edir. Bu amili girovlarımızı pilotların cəsədlərinə dəyişmək məsələsini qaldırarkən mütləq nəzərə almaq lazımdır. Burada əsas zərər verməməkdir.