“Xəritəni Krımın statusu ilə maraqlanan hər kəsə göstərməsini məsləhət bildim”…
“Xəritəni Krımın statusu ilə maraqlanan hər kəsə göstərməsini məsləhət bildim”.
SSRİ xalq artisti İosif Kobzon Rusiya prezidenti Vladimir Putinə 1804-cü ilin xəritəsini hədiyyə edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən xəritədə Krım Rusiya imperiyasının tərkibində göstərilib. Bu barədə məşhur müğənni Sevastopolda, hərbçilər qarşısında verdiyi konsert zamanı jurnalistlərə açıqlamasında bildirib.
Kobzon xəritəni Avstriyanın antik mağazasından aldığını qeyd edib. O, Putinə xəritədən necə istifadə ilə bağlı məsləhət də verib:
“Xəritəni Krımın statusu ilə maraqlanan hər kəsə göstərməsini məsləhət bildim”.
İfaçı yaxın vaxtlarda yenidən Donbasa gedəcəyini də vurğulayıb:
“Orada nə baş verəcəyindən asılı olmayaraq mütləq gedəcəyəm. Hazırda Donbasda silahsız adamlara hücum edilir. Bunun qarşısı indi alınmasa, sonradan faciəyə çevriləcək”.
Qeyd edək ki, Ukraynada doğulan İosif Kobzona həmin ölkəyə giriş qadağan edilib, o ölkənin “qara siyahı”sındadır. Müğənni siyasi baxışlarına görə 2014-cü ilin noyabrında Ukraynanın xalq artisti adından da imtina edib.