Xarkov-Bakı birbaşa aviareysi açılır

Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək…

Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.

Ukraynanın “Dnepravia” şirkəti iyun ayında bu ölkənin Xarkov şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirəcək.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu “Dnepravia” şirkətinin kommersiya və inzibati məsələlər üzrə direktoru Serqey Posılayevbildirib.

Qeyd edilən istiqamət üzrə aviauçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, Ukraynanın “UTair-Ukraine” aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları mart ayından dayandırıb.

www.oxu.az