Xocalıda qətlə yetirilən uşağın qoynundan çıxan bayrağımız İstanbulda

Uşaq şəhid olub…

Uşaq şəhid olub…

Türkiyədə Xocalı faciəsi ilə bağlı “Üç nəsil, bir soyqırım” adlı sərgi keçirilib. 

Oxu.Az Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, Türkiyə telekanalı sərgidən reportaj hazırlayıb.

Sərgi TÜRKSAM-ın təşəbbüsü ilə keçirilib. Sərgi təşkilatçıları jurnalistlərə maraqlı məlumat veriblər. Onların sözlərinə görə, Xocalıda soyqırımın qurbanı olan uşağı xəstəxanaya gətiriblər, onun köynəyini açdıqda uşağın qoynundan Azərbaycan bayrağı çıxıb. Daha sonra uşaq şəhid olub. Həmin bayraq adıçəkilən sərgidə nümayiş etdirilib.

 

/Oxu.az/