Yəməndə şiə üsyançılar prezident sarayını ələ keçirdilər

Tərəflər iriçaplı pulemyotlar və minaatanlardan istifadə ediblər…

Tərəflər iriçaplı pulemyotlar və minaatanlardan istifadə ediblər.

Yəmənin paytaxtı Sənada silahlı şiə yaraqlıları – xutilər prezident iqamətgahını ələ keçiriblər.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, yanvarın 19-da səhər saatlarında dövlət başçısı Əbd əl-Rəhman Mənsur əl-Hadinin iqamətgahı qarşısında ordu birləşmələri və şiə qiyamçılar arasında döyüş başlayıb.

Şahidlərin sözlərinə görə, tərəflər iriçaplı pulemyotlar və minaatanlardan istifadə ediblər.  

Yanvarın 17-də xutilər Yəmən prezidenti administrasiyasının rəhbəri Əhməd Əvəd bin Mübarəki oğurlamışdılar. Onun yeni Konstitusiya layihəsini dövlət başçısına təqdim edəcəyi gözlənilirdi.

Xutilər Yəmən hökumətinə qarşı mübarizə aparan şiə yaraqlıları dəstələridir. Ölkə rəhbərliyi onların İran tərəfindən dəstəkləndiyini bildirsə də, xutilər bunu inkar edirlər. 

www.oxu.az