“Mən şimal ərazilərinin problemini həll edəcəm”…
“Mən şimal ərazilərinin problemini həll edəcəm”.
Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, “hər vəchlə” Rusiya ilə ərazi mübahisəsinin həllinə nail olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə dekabr ayının 1-də Kyodo informasiya agentliyinə istinadən Ria Novosti bildirib.
“Mən şimal ərazilərinin problemini həll edəcəm və sülh sazişi bağlayacam. Siyasətçi, baş nazir kimi buna nail olmaq istəyirəm”, – Abe bunu, Yaponiyanın şimal adası Xokkaydonun Nemuro şəhərinin meri Sünske Xaseqavay ilə görüşdə qeyd edib.
Nemuro şəhərinin meri, öz növbəsində qeyd edib ki, Abeyə belə bir şans verilmişdi. “Siz Rusiya prezidenti ilə artıq yeddi dəfə görüşmüsünüz, və mən çox istəyirəm ki, siz bu preoblmei baş nazir səlahiyyətləri çərçivəsində həll edəsiniz” – o vurğulayıb.
2014-cü ilin mayında Vladimir Putin qeyd edib ki, Rusiya Yaponiya ilə mübahisəli adalar üzrə danışıqlar prosesini davam etməyə hazırdır. “Həm Yaponiya, həm də Rusiya səmimi olaraq bu problemin həllində maraqlıdır”, – o, qeyd edib. Bununla yanaşı dövlət rəhbəri qeyd edib ki, bu problemin həlli tərəflərin maraqlarını təkzib etməməlidir, amma o etiraf edib ki, bu prosesdə kompromissin necə əldə ediləcəyi aydın deyil, TASS xəbər verir.
Rusiya və Yaponiya arasında sülh sazişi İkinci Dünya müharibəsi dövründən bu yana bağlanılmayıb. Bu sazişin imzalanması istiqamətində əsas maneə Cənubi Kuril adalarının mənsubiyyət məsələsidir. 1855-ci il sazişinə əsasən Habomai arxipelaqı və Kurilin 3 adası – İturup, Kunaşir və Şikotan adaları Yaponiyaya məxsusdur, amma İkinci dünya müharibəsi nəticəsində onlar Rusiyaya ərazisinə keçdi.
Bu adaların statusu 1945-ci il 11 fevral tarixli Uzaq Şərqin məsələlərinə dair Krım razılaşmasına, 1945-ci il 26 iyul tarixli Postdamsk deklarasiyasına, 1951-ci il 8 sentyabr tarixli San-Fransisko sülh müqaviləsinı və BMT-nin Nizamnamısinin 107-ci maddəsinə əsasən müəyyən edilir.