Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

İlham Əliyev müvafiq sərəncam imzalayıb…

İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda, Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.

www.oxu.az