Yeni təyin olunmuş polkovnik: Təlimlər daim keçiriləcək

“Əsgərlər arasında mənəvi-psixoloji ruhda tərbiyə tədbirləri də keçirməyi planlaşdırırıq”…

“Əsgərlər arasında mənəvi-psixoloji ruhda tərbiyə tədbirləri də keçirməyi planlaşdırırıq”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəis Rüfət Əmirov təyin olunub. 

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, polkovnik Rüfət Əmirov silahlı qüvvələrin inkişafi ilə bağlı planlarının olduğunu və bunun icrasına çalışacağını deyib. İdarə rəisi, eyni zamanda cəbhənin müxtəlif istiqamətlərində silahlı qüvvələrimizin keçirdiyi təlimlərə və ordumuzun mənəvi-psixoloji cəhətdən döyüş hazırlığına münasibət bildirib. 

Rüfət Əmirovun sözlərinə görə, təlim ona görə keçirilir ki, əsgərlərin döyüş hazırlığının səviyyəsi qalxsın:

“Təlim keçirilir və bundan sonra da davam etdiriləcək. Bundan başqa əsgərlər arasında mənəvi-psixoloji ruhda tərbiyə tədbirləri də keçirməyi planlaşdırırıq. Təlim olmasa, hazırlıq səviyyəsi olmayacaq, ona görə də təlimlər daim keçiriləcək”.

 

/Oxu.az/