Yeni türk zirehli maşını “Ejder Yalçın”

Maşın maksimal 110 km/saat sürət yığır…

 

 

Maşın maksimal 110 km/saat sürət yığır.

Türkiyənin “Nurol Makina” şirkəti “Ejder” ailəsinin yeni üzvünü – taktiki zirehli maşın “Ejder Yalçın 4×4” istehsal edib.

 

Oxu.Az xəbər verir ki, texniki layihənin işlənməsinə 2012-ci ilin son rübündə başlanılıb, təcrübə üçün nümunə maketi isə İDEF 2013 sərgisində təqdim edilmişdi.

 

Maşının seriya istehsalı 2014-cü ilin may ayında başlanılıb.

“Ejder Yalçın” güllə əleyhinə müdafiəyə malikdir və müxtəlif tapşırıqlar, o cümlədən kəşfiyyat, operativ idarə və daxili təhlükəsizlik üçün istifadə edilə bilər.

 

“Ejder Yalçın” maşını üzən döşəmə lövhələri və mina, eləcə də əldədüzəlmə partlayıcı qurğulardan (ƏPQ) müdafiə üçün enerji dəf edən oturacaqlar quraşdırılmış V-şəkilli korpusu ilə seçilir. Maşın 11 nəfər üçün erqonomik və komfortlu oturacaqlarla təchiz edilib.  

 

Maşın ekipaja maneəsiz olaraq qapıdan giriş və çıxışı təmin edən konfiqurasiyaya malikdir, özünü çıxarmaq üçün bucurqadla gündüz və gecə müşahidə sistemi, burun hissəsində apparel və yanğınsöndürən və partlayışı dəf edən sistem ilə təchiz edilib.  

 

/Oxu.az/