“Zəngəzurun Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsib ” – Birinci vitse-spiker

Bu gün Bakıda – Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının 3-cü iclası işə başlayıb…

Bu gün Bakıda – Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının 3-cü iclası işə başlayıb. Publika.Az-ın məlumatına görə, toplantıda quruma üzv ölkənin parlamentarilərindən ibarət komissiya üzvləri, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASEKA Hökumətlərarası Kommissiyasının nümayəndələri, o cümlədən TÜRKPA-nın baş katibi Jandos Asanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Qırğızıstan nümayəndə heyətinin üzvü Abdırakhman Mamataliyev, TÜRKPA-nın baş katibinin müavini Qismət Gözəlov, TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının sədr müavini Sevinc Hüseynova, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, millət vəkili Nizami Cəfərov və digər şəxslər iştirak edirlər.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, TÜRK PA-nın gələcəyinə hər birimizdə böyük əminlik var: “Hesab edirik ki, bu quurm fəaliyyətqabiliyyətli bir təşkilata çevriləcək və artıq çevrilməkdədir. İnanırıq ki, TÜRK PA bütün sahələrdə əməkdaşlığın inkişafına töhdfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran bir təşkilata çevrilə biləcək “.

Hazırda TÜRK PA-nın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak etdiyini vurğulayan Z.Əsgərov iclasın gündəliyinə nəqliyyatla bağlı məsələnin təsadüfdən salınmadığını söyləyib. O bu ilin sonu, gələn ilin əvvəli Bakı-Tiflis-Qars dəmiryolunun artıq fəaliyyətə başlayacağını bildirib. Z.Əsgərov deyib: “Bu, Bakı-Tiflis-Qars dəmiryolu təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən mühüm layihədir.

/Publika.az/