Görüşdə fikir mübadiləsi aparılıb…
Görüşdə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərində səfərdədir.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir HəsənovMüstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.
/Oxu.az/