Məlumat topluları hazırdır…
Məlumat topluları hazırdır.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmrinə əsasən “İnformasiya təhlükəsizliyi” və “Fiziki təhlükəsizlik” üzrə məlumat topluları hazırlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bukletlərdə Müdafiə Nazirliyinin idarə, müəssisə, hərbi hissə və digər hərbi obyektlərində internet və rabitə xidmətindən istifadə zamanı kompüterlərin, şəxsi məlumatların qorunması üçün təhlükəsizlik və şifrə generasiya edən proqram təminatlarından istifadə qaydaları, kompüter istifadəçilərinə müəyyən edilən təhlükəsizlik qadağaları, eyni zamanda nazirliyə aid olan obyektlərə buraxılma qaydaları və keçirilən tədbirlər zamanı təhlükəsizlik tədbirləri öz əksini tapıb.