Ziya Məmmədov görüş keçirdi

İki ölkə arasında əməkdaşlıq artır…

İki ölkə arasında əməkdaşlıq artır.

Noyabrın 18-də Azərbaycanın Nəqliyyat Nazirliyində Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Oxu.Az-a nazirlikdən bildiriblər.

Nümayəndə heyətini qəbul edən nəqliyyat naziri Ziya Məmmədov yol-nəqliyyat kompleksində  aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb.

Z.Məmmədov, həmçinin, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrdən danışaraq, bu əməkdaşlığın getdikcə daha çox inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Görüşdə eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

www.oxu.az