Qeydiyyat yanvarın 28-də aparılacaq…
Qeydiyyat yanvarın 28-də aparılacaq.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov yanvarın 30-da Bərdə şəhərində Ağdam, Tərtər və Bərdə rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı yanvarın 28-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
Bərdə “28 saylı Yol İstismarı İdarəsi” (Bərdə rayonu, Qaradağlı kəndi)
Tərtər “29 saylı Yol İstismarı İdarəsi” (Tərtər şəhəri, H.Əliyev prospekti 96)