Ziya Məmmədov Gürcüstanın baş naziri ilə görüşdü

Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulandı…

Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulandı.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Gürcüstanda bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Oxu.Az gürcü Baş nazirin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər hər iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan, Gürcüstan və Türkiyədən keçəcək dəmir yolu xətti Avropa və Asiyanı birləşdirməklə, effektli və sürətli sərnişindaşıma, yük daşınmasını təmin edəcək.

Layihənin 2015-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Qeyd olunub ki, bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq üçün Kartsaxi ərazisinə səfər edəcəklər.

 

/Oxu.az/