Nazir göstərişlər verdi…
Nazir göstərişlər verdi.
Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2014-cü ilin yekunları və 2015-ci ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəryolservis” ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ayrı-ayrılıqda hesabatları dinlənilib, görülmüş işlər və onların nəticələri müzakirə edilib.
Kollegiyanın sədri, nəqliyyat naziri Ziya Məmmədov vurğulayıb ki, son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən hərtərəfli və sürətli inkişaf nəqliyyat-yol kompleksinin fəaliyyətində də öz əksini tapır.
Ziya Məmmədov 2014-cü il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi nətiсəsində Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.
Ziya Məmmədov nəqliyyat-yol kompleksində görülən işləri ümumilikdə müsbət qiymətləndirib, bununla bərabər bu sahədəki çatışmazlıqlara da toxunub. Kollegiya bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini, görülən işlərin keyfiyyətinin ən vacib amil olduğunu bir daha xatırladıb və mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verib.
Kollegiyada, həmçinin bu ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə bağlı görülən işlərdən danışılıb və həyata keçirilməsi nəzərdə tutulan layihələrin reallaşması üçün səylərin artırılması, bütün imkanların səfərbər edilməsi məqsədilə nəqliyyatçıların daha əzm və məsuliyyətlə çalışacağı vurğulanıb.
Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.