Sensasiyalı məqalə: Türkiyə atom bombası hazırlayır

“İstifadə olunan yanacaq çubuqlarının 90 faizi sadəcə çöpdü”…

“İstifadə olunan yanacaq çubuqlarının 90 faizi sadəcə çöpdü”.

Almaniyanın “Die Welt” qəzeti Türkiyənin atom bombası əldə etmək üçün hazırlıqlara başlaması haqqında məqalə dərc edib. 

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Nazirliyinin Planlama Şöbəsinin keçmiş müdiri Hans Rühlenin imzası ilə dərc edilmiş yazıda Türkiyənin nüvə silahı əldə etməsində texniki bilgilərin Pakistan tərəfindən ötürüldüyü bildirilir.

Hətta bir müddət öncə bu ərazidən İraq və Suriyaya gedən islamçı, kürd silahlıları və narkotik qaçaqmalçılığı bəhanəsilə Türkiyə yetkililərinin telefon danışıqlarının dinlənilməsi məsələsinin gündəmə gətirliməsinin də əsas məqsədinin məhz bu olduğu iddia edilir. Bundan başqa, xəbərdə Türkiyənin İrandan nümunə götürdüyü ifadə edilir. Məqalədə iddia olunur ki, bununla bağlı Qərb dövlətləri həmfikirdirlər və bu səbəbdən İran və Şimali Koreyanın nüvə məsələsi daim gündəmdə olduğu halda, Türkiyə ilə bağlı susmağa üstünlük verilib. Müəllif fikrini əsaslandırmaq üçün Türkiyənin iqtisadi inkişafını və enerjiyə olan tələbatını ödəmək üçün nüvə proqramlarına başladığını önə çəkir. 

Məqalə müəllifi Türkiyənin Rusiya ilə yanaşı Yaponiya və Fransa ilə də iki Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı müqavilə bağladığını xatırladır. Müəllif qeyd edir ki, həmin müqavilələrə Türkiyə tərəfindən nüvə tullantılarının geri qaytarılmaması il bağlı maddə əlavə edilib. “İstifadə olunan yanacaq çubuklarının 90 faizi sadəcə çöpdü. Ancaq o çubuklardan uran və platinium əldə etmək mümkündü. Hətta o çubukları reaktorlarda təkrar istifadə etmək də olar. Halbuki bu, yenisini almaqdan daha bahalı prosesdi. O zaman Türkiyənin yanmış yanacaq çubuqlarını təhvil verməməsinin səbəbi nə ola bilər? Atom bombası üçün material toplamaq”, – deyə müəllif iddia edir. Yazıda Ərdoğanın tapşırığı ilə Türkiyədə 2010-cu ildən uranın zəngilləşdirilməsi prosesinə başlanıldığı da qeyd olunur.

www.oxu.az