Rusiya 1 milyona yaxın miqrantın ölkəyə girişinə qadağa qoydu

Onların əksər hissəsi Orta Asiya və Azərbaycandandır…

Onların əksər hissəsi Orta Asiya və Azərbaycandandır.

Rusiya qanunvericiliyini pozan təxminən bir milyon əcnəbiyə Rusiya ərazisinə girişinə qadağa qoyulub.

Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə 23 sentyabr tarixində Rusiyanın FMX rəhbəri Konstantin Romodanovski jurnalistlərə bildirib.

“Bu gün 990 mindən çox əcnəbinin Rusiyaya girişi yasaqlanıb: “Əlbəttə ki, MDB ölkələri – Özbəkistan (40 faiz), Tacikistan (20 faiz), Qırğızıstan və Azərbaycan siyahıya liderlik edirlər”, – Romodanovski bildirib.

K. Romadanovskinin sözlərinə görə, Rusiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişini yasaqlayan avtomatik sistem effektli nəticə verib: “Biz bu il Mərkəzi Asiyadan kütləvi girişi çox azaltmışıq. Ölkəyə girişin qadağan olunması qeyri-qanuni miqrasiya və qeyri-qanuni əmək fəaliyyəti ilə bağlı səmərəli xəbərdarlıq tədbiri kimi özünü göstərib”, FMX rəhbəri yekunlaşdırıb.

www.oxu.az