Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub

Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov deputatı olduğu bölgəyə səfər edərək zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.

Deputat rayonda yerli sakinlərlə görüşüb. Millət vəkili fevralın 5-də və 6-da baş vermiş təbii fəlakətdən zərər çəkən sakinlərə baş çəkib, qəzalı vəziyyətə düşən tikililərə baxış keçirib.

Şamaxı şəhərinin Səttar Bəhlulzadə və Vidadi Məmmədov küçələrində yerləşən 2, Şəhriyar qəsəbəsində 3 ünvanda olan Elxan Süleymanov zəlzələ nəticəsində yararsız hala düşmüş evlərdə yaşayan 5 ailəyə maddi yardım edib.

AVCİYA.az