ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün çalışırlar

“ABŞ və Rusiya arasında qlobal çağırışlara hərtərəfli cavabların inkişafında effektiv əməkdaşlıq var. ” Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibinin köməkçisi Filip Qordon Senatın ABŞ-Rusiya münasibətləri ilə bağlı dinləməsində deyib.
“ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə tapılması üçün sıx əməkdaşlıq edirlər “, – Qordon bildirib… Trend.