ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tərəflərini zorakılıqdan qaçmağa və münaqişənin dinc yolla həlli istiqamətində səyləri davam etdirməyə çağırıb…
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tərəflərini zorakılıqdan qaçmağa və münaqişənin dinc yolla həlli istiqamətində səyləri davam etdirməyə çağırıb.
APA-nın xəbərinə görə, bunu Dövlət Departamentinin sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib.
Təmas xəttindəki insidentlər barədə sualı cavablandıran M. Harf baş vermiş hadisə haqda ətraflı informasiyaya malik olmadığını söyləyib: “Biz tərəfləri zorakılıqdan çəkinməyə və sülh əldə olunması istiqamətində çalışmağa çağırırıq”.
Xatırladaq ki, Ermənistan mediası yanvarın 19-20-də cəbhə xəttində toqquşma baş verdiyi və erməni tərəfinin itkilərə məruz q aldığı haqda xəbərlər yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu informasiyanı təkzib edib.
/Apa/