ABŞ Krım rəhbərliyinə qarşı sanksiya tətbiq edib

 ABŞ Krımın bir sıra yüksək rütbəli məmuru və “Çernomornefteqaz” şirkətinə qarşı sanksiya tətbiq edib…

 ABŞ Krımın bir sıra yüksək rütbəli məmuru və “Çernomornefteqaz” şirkətinə qarşı sanksiya tətbiq edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə nazirliyinin məlumatında belə deyilir.

 

Məlumatda 7 nəfərin “qara siyahıya” düşməsi qeyd edilir. Bunlar Sevastopol şəhərinin meri Aleksey Çalıy, MSK-nın sədri Mixail Malışev, Sevastopol üzrə seçki komissiyasının rəhbəri Valeriy Medvedev, baş nazirin birinci müavini Rustəm Temirqaliyev, Federasiya Şurasının üzvü Sergey Tsekov, Krım Dövlət Şurası spikerinin müşaviri Yuri Jerebtsov və Təhlükəsizlik xidmətinin başçısı Pyotr Zimadır.

 

Bu şəxslərin ABŞ-dakı hesabları dondurulacaq, Amerika vətəndaşlarına isə adıçəkilən şəxslərlə işgüzar əlaqələr qurmaq qadağan edilib.

 

/Apa/