İşğal olunmuş Kəlbəcər rayonunda tapılan qədim abidənin Azərbaycana məxsus olduğuna dair iddia qaldırılacaq

Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda bu yaxınlarda ermənilər tərəfindən tapılan qədim abidənin Azərbaycana məxsus olduğunu sübut etmək üçün iddia qaldırılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib… Trend.