Atışmada iki erməni əsgəri öldürülüb – YENİLƏNİB

İnsidentin təfərrüatları aydınlaşdırılır…

İnsidentin təfərrüatları aydınlaşdırılır.

Erməni KİV-i xəbər verir ki, cəbhə xəttində atışma nəticəsində iki erməni hərbçisi öldürülüb.

Məlumata görə Andranik Samveloviç Yeqoyan (1988-ci il təvəllüdlü) və Boris Benikoviç Qasparyan (1992-ci il təvəllüdlü) ölüb.

İnsidentin təfərrüatları aydınlaşdırılır.

17:49

Cəbhə xəttində atışma zamanı erməni hərbçisi, muzdlu-hərbçi, 26 yaşlı Andranik Yeqoyan ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV-i bildirib.

Bu informasiyanı təsdiqləyən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan insidentin təfərrüatlarının aydınlaşdırıldığını da əlavə edib.

www.oxu.az