ATƏT-in Minsk qrupunun üzvü kimi İsveç Dağlıq Qarabağ probleminin həllində öz səylərini artırmalıdır

ATƏT-in Minsk qrupunun üzvü kimi İsveç Dağlıq Qarabağ probleminin həllində öz səylərini artırmalıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva İsveçə səfəri zamanı İsveç parlamentinin Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədr müavini, Liberal Partiyasının idarə heyətinin üzvü Karl Hamiltonla görüşü zamanı deyib.
Görüş zamanı millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, bütün müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması, ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi barədə məlumatlar verib. O, Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz yurd-yuvasına dönə bilməməsi barədə söz açıb. Paşayeva BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin rəsmi Yerevan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də məlumatlar verib… Trend.