Azərbaycan və Türkiyənin ortaq müdafiə maraqları

Yavər Camalov İsmail Alper Coşkunu qəbul edib…

Yavər Camalov İsmail Alper Coşkunu qəbul edib.

Aprelin 7-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Müdafiə Sənayesi Nazirliyindən verilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə qardaş ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi Nevzat Taşdeler də görüşdə iştirak edib.

www.oxu.az