Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvana 100 min manat vəsait köçürüb

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun xəzinə hesabına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 100 min manat ianə köçürüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında, ümumilikdə, 3 milyon 148 min 284 manat vəsait vardır.

AZƏRTAC