Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu dayandırılır

“Müvəqqəti narahatlığa görə üzr istəyirik”…

“Müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Əmlak Məsələləri Dövlət Komitəsində mövcud informasiya sistemlərinin potensialının və keyfiyyətinin qaldırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir.

Oxu.Az xəbər verir ki, komitədən verilən məlumata görə, bu səbəbdən 2014-cü il aprel ayının 7-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri  və “ASAN xidmət” mərkəzlərində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu həyata keçirilməyəcək.

“Müvəqqəti narahatlığa görə üzr istəyirik” – məlumatda deyilir.

Gülnarə Zeynalova
www.oxu.az