Azərbaycanda məhbusların elektron bazası yaradılır

Layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb…

Layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti üzrə yeni texnologiyaların tətbiqi ilə əlaqədar “Ultra Computers” icraçı şirkəti ilə imzalanmış müqaviləyə əsasən penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən şəxslər barədə “Vahid Elektron Baza və İdarəetmə sistemi”nin yaradılması nəzərdə tutulub.

Oxu.Az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən bununla əlaqədar görüş keçirilib.

Layihənin icra vəziyyəti barədə benefisiar təşkilatın nümayəndəsi, qeydiyyat şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Rəhim Şeyxəliyevin, “Ultra Computers” şirkətinin proqram təminatı istehsalı qrupunun rəhbəri Elmar Məmmədovun məruzələri dinlənildi. Layihənin hazırki mərhələsində görülmüş və gələcəkdə görülməli işlər barədə geniş müzakirələr aparıldı, layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb.

İşçi qrupunun hesabat məruzələri may ayının 2-nə təyin olunub.

 

/Oxu.az/