Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 16:50-dən 16:55-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17:05-dən 17:10-dək və 17:15-dən 17:20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi, saat 11:30-dan 11:35-dək, 23:47-dən 23:56-dək və martın 30-da saat 05:46-dan 05:57-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar… Trend.