Azərbaycan Fransa XİN-ə etiraz notası təqdim edib

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.
“Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik etdiklərinə və Dağlıq Qarabağa səfər barədə Azərbaycanın müvafiq dövlət strukturlarını məlumatlandırmadıqlarına görə Fransa parlamentinin üzvlərinin adları ölkəyə gəlişi arzuedilməz şəxslərin “qara siyahısı “na salınacaq “, – Abdullayev bildirib…
Trend.