Azərbaycan Müdafiə Nazirliyi: Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.00-dan 23.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
Həmin gün Ermənistan Ordusu saat 22.05-dən 22.15-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdən, saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.05-dən 22.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar…Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.00-dan 23.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
Həmin gün Ermənistan Ordusu saat 22.05-dən 22.15-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdən, saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.05-dən 22.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Daha sonra sentyabrın 20-də 04.40-dan 05.00-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 05.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Trend.