Azərbaycan XİN: Ermənistanın beynəlxalq təşkilatların fəaliyyəti barədə təsəvvürü yoxdur

Azərbaycan tərəfi təəssüfləndiyini bildirir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Nalbandyanın ifadələrini şərh edərkən deyib.
“Biz ancaq öz təəssüfümüzü ifadə edə bilərik ki, xarici işlər naziri kimi adlandırılan şəxs Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur. Erməni nazirin ixtilaflı, qeyri-məntiqi və əsaslandırılmamış ifadələri onun beynəlxalq təşkilatların fəaliyyəti barədə təsəvvürünün olmasına şübhə etməyə məcbur edir “, – Abdullayev deyib.
Nalbandyan çərşənbə günü Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın BMT TŞ-də mümkün üzvlüyü həmin təşkilatın nüfuzunun artmasına səbəb olmayacaq. Məlumatı erməni KİV yayıb… Trend.