Məcburi köçkünlər Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 500 şikayət göndərib Şikayətlərdən biri icraata götürülüb Azərbaycan vətəndaşları olan məcburi köçkünlər tərəfindən Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 500 şikayət göndərilib. Bu barədə məlumatı bu gün keçirilən Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş “Konstitusiya məhkəməsi qərarlarının icrası, Konstitusiya Məhkəməsi ədalət mühakiməsinin həyata keçirilməsi prosesinin mühüm mərhələsi kimi” mövzusunda konfransında Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev verib. Onun sözlərinə görə, bu şikayətlərdən biri icraata götürülüb. Artıq iş üzrə həm Azərbaycan, həm də Ermənistan hökumətinə müvafiq suallar göndərilib.