Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağda telekommunikasiya xidmətlərinin işə salınması yolverilməzdir

Dağlıq Qarabağda telekommunikasiya xidmətlərinin işə salınması qeyri-qanunidir və Azərbaycanın icazəsi olmadan həyata keçirilə bilməz. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “Rostelekom “un vitse-prezidenti Naum Marderin Yerevana səfəri zamanı işğal edilmiş ərazilərdə telekommunikasiya xidmətlərinin işə salınmasının mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən bildiriblər… “Bununla əlaqədar olaraq, Azərbaycan dövlət səviyyəsində rəsmi Bakının icazəsi olmadan belə addımın atılmasının yolverilməzliyi barədə rəsmi bəyanatla çıxış edib və bir çox hallarda belə şirkətlərin fəaliyyəti dayandırılıb “, – nazirlikdən bildiriblər.