Bakıda NATO-nun təlim kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün “Fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramı”na əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusundakı kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.

AZƏRTAC