Bakıda təhlükəli yolların siyahısı açıqlanıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində təhlükəli yolların siyahısını açıqlayıb…

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində təhlükəli yolların siyahısını açıqlayıb.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, bəzi yolların buz bağlaması ilə əlaqədar Bakı-Sumqayıt şosesi – Dairəvi yol, Abdulvahab Salamzadə küçəsi (yol ötürücüsünün üstü) Abbas Mirzə Şərifzadə küçəsi (İnşaatçılar m/st. istiqamətində), Talıblı küçəsi (Yeni Yasamal), Badamdar şosesi, Qələbə dairəsi, Təbriz küçəsi (tunel), Alfred Nobel prospekti, Gəncə prospekti, Qara Qarayev prospekti, Heydər Əliyev prospekti (Bağırov körpüsü – tunel) istiqamətlərində hərəkət edən sürücülərə daha ehtiyatlı olmaları tövsiyə olunur.

/Apa/