Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın azərbaycanlı icması ” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
Onun sözlərinə görə, işğalın ildönümü Azərbaycanın Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı bütün ərazilərində və respublikanın hüdudlarından kənarda qeyd olunacaq… Trend.