Beynəlxalq təşkilatın saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib

Bölgələrin davamlı inkişafı üzrə Avropa Fondu (FEDRE) Azərbaycanın …Bölgələrin davamlı inkişafı üzrə Avropa Fondu (FEDRE) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət hesab edir. APA-nın xəbərinə görə, təşkilatın saytında www.fedre.org Ermənistanın Sünik vilayəti haqqında dərc olunan məlumatda bildirilir ki, “bu bölgə İranla və Dağlıq Qarabağ Respublikası ilə həmsərhəddir”.