“Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi ” mövzusunda seminar keçirilib

Bu gün “Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi ” mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin (İB) təşkilatçılığı ilə baş tutub.
İB-nin sədri Nadir Abullayev çıxışında bildirib ki, bu ildə keçiriləcək bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməsi nəzərdə tutulmayıb: “Mərkəzi Seçki Komissiyasının rəsmiləri KİV vasitəsi ilə “Dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması hələ tapılmayıb”, “Bu dəfəki seçkilərin yerli özünüidarəetmə orqanlarına keçirildiyindən qanunla bu şəxslərin səsvermədə iştirakı mümkün deyil” və digər açıqlamalar verməklə bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməməsinə haqq qazandırırlar”… SİA.